Neftçi boliviyalı futbolçuya təklif göndərib EKSKLÜZİV

28.01.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsveçrənin "İverdon" klubunda çıxış edən futbolçu Boris Çespedes karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Neftçi" 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
"Ağ-qaralar" qış transfer dönəmində boliviyadan olan oyunçunu heyətinə cəlb etmək niyyətindədir. Paytaxt təmsilçisi oyunçu üçün ilk təklifi şənbə günü göndərib. "Neftçi" yarımmüdafiəçiyə hazırkı klubda qazandığından daha çox maaş təklif edib. Bu məbləğin illik 250-300 min İsveçrə frankı olacağı gözlənilir.

Boris Çespedesin ölkəmizdə çıxış edib-etməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, futbolçunun "İverdon"la müqaviləsinin müddəti yayadək nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью