“Neftçi” bombardirlə danışıq aparır

12.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi” hücumçusu Bassala Sambunu komandada saxlamaq istəyir.

Futbolpress.az-ın məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub futbolçudan razıdır və onu klubda qalmağını arzulayır.

Paytaxt təmsilçisi artıq Sambu ilə danışıqlara start verib. Forvarda iki illik müqavilə təklif olunub. 28 yaşlı hücumçu özü də “Neftçi”də qalmağa müsbət yanaşır.

Hücumçu 2025-ci ilin fevralından “ağ-qaralar”n formasını geyinir. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 27 oyunda 11 qol vurub və komandanın bombardiri olub.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью