“Neftçi” “Braqa”ya, “Qarabağ” “Dinamo Kiyev”ə rəqib ola bilər

20.07.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

“Qafqazinfo” xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Zirə” də növbəti raunddakı potensial rəqiblərini öyrənəcəklər. 

Hər iki klub püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

“Neftçi” hazırda II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk), “Zirə” isə Estoniyanın “Payde” komandası ilə mübarizə aparır.

“Neftçi” növbəti mərhələdə “Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan), “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya), AEK (Larnaka, Kipr) – “Beytar” (İsrail) və “Luqano” (İsveçrə) – “Dukadjini” (Kosovo) cütlərinin qaliblərindən biri ilə qarşılaşa bilər.

“Zirə”nin mümkün rəqibləri isə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya), “Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Valletta” (Malta), “Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka) və “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya) cütlərinin qalibləri olacaq.

“Sabah” isə Finlandiyanın KuPS klubu ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq. 

Bu cütün 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri isə aşağıdakılardır:  

“Larne” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya) “Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) “İberiya” (Gürcüstan) – “Slovan”(Slovakiya)  “Aarhus” (Danimarka) – “Lex” (Polşa) ”Egnatiya” (Albaniya) – “Çelye” (Soveniya) "Omoniya (Kipr) - "Kayrat" (Qazaxıstan) Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq “Neftçi”nun mümkün rəqibləri: “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya); “Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan); “Luqano” (İsveçrə) – “Dukaqjini” (Kosovo); AEK (Kipr) – “Beytar” (İsrail). “Zirə”nin mümkün rəqibləri: “Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya); “Santa-Koloma” (Andorra) – “Rapid” (Avstriya); “Rakuv” (Polşa) – “Valletta” (Malta); “Riyeka” (Xorvatiya) – “Derri Siti” (Şimali İrlandiya); “Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka). Avropa Liqasının 2-ci mərhələsinin “Qarabağ” - SSKA (Bolqarıstan) cütünün məğlubunun mümkün rəqibləri: FKSB (Rumıniya) – “Auda” (Latviya) cütünün qalibi; “Dinamo” (Tbilisi, Gürcüstan) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi; “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) duelinin məğlubu; “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün məğlubu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью