Sportal.az saytına istinadən Icma.az xəbər verir.
“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, Bakı təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə cəlb edib.
26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.
saytlarin hazirlanmasi