Neftçi bu futbolçunu 1,6 milyon manata transfer edib

13.08.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin yeni transferi Alen Şkribekin Bakıya keçidinin maliyyə detalları məlum olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, “ağ-qaralar” 25 yaşlı vingerin transferi üçün Macarıstanın “Zalaeqerseq” klubuna 800 min avro (təxminən 1,6 milyon manat) təzminat ödəyib.

Məlumata görə, tərəflər arasında imzalanan müqavilədə əlavə şərt də yer alıb. Belə ki, Şkribek gələcəkdə başqa kluba transfer olunarsa, onun yeni keçidindən əldə ediləcək məbləğin 15 faizi “Zalaeqerseq”ə çatacaq.

Qeyd edək ki, Alen Şkribek “Neftçi” ilə 2+1 illik müqaviləyə imza atıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью