“Neftçi” bu hücumçuya 200 min dollardan artıq ödəmə etmək istəmir

07.10.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi”nin Nigeriya millisinin hücumçusu Ayzak Saksesslə apardığı danışıqlar “düyünə düşüb”.

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi ön xətdəki problemi onunla yoluna qoymaq fikrində olsa da, hazırda azad agent statusu daşıyan 29 yaşlı afrikalı maliyyə tələblərini aşağı salmaq istəmir.

Paytaxt klubu 2025-ci ilin əvvəlindən klubsuz qalan forvarda qarşıdakı 8 ay üçün 200 min dollardan artıq məbləğ ödəmək fikrində deyil.

Saksessin üzərində dayandığı rəqəm isə bundan az qala iki dəfə çoxdur. Həftələrdir davam edən görüşmələr bu üzdən artıq dayandırılıb.

O, sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərində “Əl-Vəsl”in formasını geyinib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью