Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.
Futbolpress.az xəbər verir ki, bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.
Bakı klubu Misli Premyer Liqasının VI turunda “Qəbələ”yə qalib gəlib – 3:0. Bu, 242-ci səfər qələbəsi olub. “Ağ-qaralar” evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib. “Neftçi” “Qarabağ”dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.
Qeyd edək ki, paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev matçında gerçəkləşib – 1:0.