Neftçi bütün legionerləri ilə vidalaşdı

04.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Neftçi” basketbol komandası bütün legioner oyunçuları ilə vidalaşıb.

Modern.az məlumat verir ki, Bakı klubu ötən mövsüm heyətdə yer alan 7 əcnəbi basketbolçu ilə yollarını ayırıb. Həmin oyunçularla başa çatan müqavilə yenilənməyib.

“Ağ-qaralar” 2026/2027-ci illər mövsümünə yeni heyətlə başlamaq niyyətindədir.

Qeyd edək ki, "Neftçi" yeni mövsümdə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək. Paytaxt təmsilçisi turnirin təsnifat mərhələsində Estoniyanın "Transkom Parnu" komandası ilə qarşılaşacaq. İlk görüş sentyabrın 23-də Parnu şəhərində olacaq. Cavab matçı 1 həftə sonra Bakıda baş tutacaq. Qalib komanda müntəzəm mövsümə vəsiqə qazanacaq. ("AzərTac")

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью