Neftçi Çempionlar Liqasında Türkiyə klubuna məğlub oldu

30.07.2025

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda Türkiyənin "Fomget" komandasına məğlub olub.

Qaynarinfo xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarətdir. "Neftçi"yə qalib gələn "Fomget" finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью