Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Misli premyer-liqasının 17-ci turunda “Zirə” “Neftçi” ilə səfər oyunundan 1 xalla ayrıldı - 0:0.
“Football-plus.az” xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra media önünə çıxıb.
- Nəzərə alaq ki, 1-ci oyundu. Rəqib üçün də vacib oyun idi. Ciddi hazırlaşmışdıq. İlk hissədə taktiki mübarizə getdi. Qol epizodları yarada bildilər. Bəzi epizodlarda son vuruşu dəqiq edə bilsəydik, 3 xalla ayrıla bilərdik.
- Kubokdakı “Neftçi” çətin idi, yoxsa bugünkü?
- Bugünkü. “Neftçi” daha aqressiv komanda olub. Vernidub təcrübəlidi.
- Rüfət Abdullazadənin təlim-məşq toplanışında iştirak edə bilməməsi, oyun praktikasından əziyyət çəkməsi problem yarada bilər?
- Çox istəyərdik hazır olsun. Təlim-məşq toplanışında bizimlə olsun. Problemlər mane oldu.
- Niyə qış “transfer pəncərəsi”ndə bütün klublarda transfer az oldu?
- Çox səbəb ola bilər. Yayda çox transfer edilib. Rüsumlar da var. Bazarda qıtlıqdı. Futbol inkişaf edir. Böyük klublarda da qıtlıq var. Bazarda məhsul yetərincə deyil.
MÜZƏFFƏR QULUZADƏ