Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Neftçi” daha bir futbolçusunun ayrılıq xəbərini açıqlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Robert Bauerdən gedir.
Almaniyalı müdafiəçi ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb. 2024-cü ilin yayında komandaya cəlb olunan təcrübəli futbolçu ümidləri doğrultmadığından onunla bağlanmış müqaviləyə xitam veriləcək.
Qeyd edək ki, 30 yaşlı futbolçunun mövcud sözləməsi 2027-ci ildə başa çatmalı idi.