“Neftçi” daha bir legioneri göndərir

04.01.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Macarıstanlı müdafiəçi Mark Tamaşla vidalaşan “Neftçi” daha bir legionerini göndərə bilər.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Ervin Koffi ilə yollarını ayırmaq istəyir.
Baş məşqçi Samir Abasovun əsas heyətdə oynatmadığı fransalı ilə müqavilənin ləğv olunmasına dair danışıqlar aparılır.
Qeyd edək ki, “Neftçi”yə 2023-cü ilin iyulunda qoşulan Koffi komanda ilə 2 illik müqavilə bağlayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью