Neftçi daha bir legionerini komandada saxlamağı planlaşdırır

22.03.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” mövsümün sonunda daha bir futbolçusunu heyətdə saxlamaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” komandanın aparıcı üzvünə çevrilən Freddi Varqasa yeni müqavilə təklif edəcək.

Onun son vaxtlardakı performansı klubda haqqında müsbət düşünməyə vadar edib.

Venesuelalı oyunçunun özünün də “Neftçi”də qalmaq istədiyi bildirilir.

“Makkabi”yə(Netanya) məxsus olan Varqasın icarə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

26 yaşlı yarımmüdafiəçi “Deportivo Lara”, “Dallas”, “Metropolitanos”, “Makkabi Bnye Reyneh” klublarında oynayıb.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью