“Neftçi” daha bir transferini açıqlamaq üzrədir

07.08.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Neftçi” növbəti transferini reallaşdırmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, klub Mali millisinin sağ cinah müdafiəçisi Falaye Sako ilə anlaşmaq üzrədir.

30 yaşlı futbolçu artıq Bakıya gəlib və Evin Koffini əvəzləyəcək. O, hazırda “Monpelye”yə məxsusdur və fransız klubu bu keçid barədə məlumatlandırılıb.

Sakonun “Monpelye” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Klub onu 2023-cü ildə “Vitoriya”dan 1,3 milyon avroya transfer etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью