Neftçi daha iki legionerlə vidalaşır

07.06.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Neftçi" yaxın günlərdə daha iki legionerlə rəsmən vidalaşacaq.

Ölkə.az xəbər verir ki, Ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala və venesuellalı müdafiəçi Luiz Ortislə yolların ayrılması artıq gün məsələsidir.

Yuri Vernidub adıçəkilən legionerlərin xidmətindən birdəfəlik imtina edib. Bu barədə onların özlərinə də məlumat verilib. Cənubi Amerikadan olan oyunçularla müqavilələrin pozulması istiqamətində danışıqlar artıq son mərhələdədir.

İki illik aradan sonra avrokuboklara qayıdan "ağ-qaralar" ötən günlərdə 3 legionerlə vidalaşıb.

Kamerunlu hücumçu Vensan Abubakar, monteneqrolu yarımmüdafiəçi Ervin Kuç və rumıniyalı müdafiəçi Kristian Kostinlə müqavilə uzadılmayıb. (sportinfo.az)
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью