“Neftçi” dayanmır: Abubakardan sonra o da komandaya gəlir

02.10.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi” daha iki transfer həyata keçirməyə hazırlaşır.

Apasport.az saytına verilən məlumata görə, Vensan Abubakarla anlaşan “ağ-qaralar” digər legionerlə də danışıqlar aparır. 

Bakı təmsilçisi Fil Dişi Sahilindən olan yarımmüdafiəçi İdrissa Dumbiyanı heyətinə qatmaq niyyətindədir.

Bir müddət əvvəl danışıqlara fasilə verilsə də, tərəflər yenidən masa arxasına oturublar və hazırda proses davam edir.

Qeyd edək ki, Dumbiya son olaraq Qətərin “Əl-Əhli” klubunda çıxış edib. O, karyerası ərzində “Anderlext”, “Zulte-Varegem”, “Axmat”, “Sportinq” və “Hueska” kimi komandaların da formasını geyinib.

III MDB Oyunlarının medal sıralaması: Azərbaycan ikinci yerdədir   Elvin Cəfərquliyev: “Növbəti matçlarda da qələbə üçün meydana çıxacağıq” Tahir Gözəl: “Qələbəni xalqımıza və şəhidlərimizə həsr edirəm” Prezident "Qarabağ"ı "Kopenhagen" üzərində qələbə münasibətilə təbrik edib Aqil Nəbiyev: “İnanıram ki, kuboku qazanacağıq” - VİDEO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью