Neftçi də ciddi itkilər Sabah la görüşü buraxacaqlar

17.01.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Neftçi” mövsümün ikinci yarısına ciddi itkilərlə çıxacaq.

Klubdan apasport.az saytına verilən məlumata görə, komandanın iki futbolçusu “Sabah”la görüşü buraxacaq.

“Ağ-qaralar” Misli Premyer Liqasının XIX turunun matçında Rafael Quzzo və Dembo Darbonun xidmətindən yararlana bilməyəcək.

Buna səbəb hər iki legionerin zədəli olmasıdır. Onların hansı müddətə sıradan çıxdığı bəlli deyil.

Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı yanvarın 19-da “Neftçi Arena”da keçiriləcək. Oyuna saat 18:30-da start veriləcək.

"Qəbələ" yoxlama oyunu keçirəcək Renat üçün Almaniya variantı - Mahir Emreli ilə komanda yoldaşı ola bilərmiş Hakimlərin təlim-məşq toplanışına start verilib Ukraynalı futbolçu “Şamaxı”da Azərbaycan kuboku: 1/4 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью