futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi” bu gün Konfrans Liqasında cavab oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, “Neftçi” səfərdə Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşıb. Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda baş tutan matç “ağ-qaralar”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Paytaxt təmsilçisi görüşdə erkən qolla önə keçsə də, bu üstünlük mərhələ adlamaq üçün kifayət etməyib. Bakıda keçirilən ilk qarşılaşmada rəqibinə 2:4 hesabı ilə məğlub olan “Neftçi” iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
21:00 Dinamo (Minsk) – Neftçi 0:1
Qol: Breno Almeyda, 13
İlk oyun 4:2