Neftçi də heç kimin gözləmədiyi AYRILIQ

04.09.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Yeni mövsümə yaxşı başlamayan "Neftçi"də heç kimin gözləmədiyi ayrılıq reallaşıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Qədir Həsənov əsas komandanın meneceri vəzifəsindən gedib.

O, 2010-cu ilin avqustundan paytaxt təmsilçisində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin oktyabrından menecer postunu tuturdu.

Artıq onu «ağ-qaralar»a heç nə bağlamır. Çünki Həsənov klubdan tamamilə uzaqlaş(dırıl)ıb.

Bakılılar bu yay 14 transfer əməliyyatı həyata keçirib. Buna rəğmən, Premyer Liqanın ilk həftələrində qeydə alınan nəticələr üzücüdür.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью