Neftçi də iki ayrılıq

25.05.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi" iki futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Bakı təmsilçisi Edvin Kuç və Murad Məmmədovla yola davam etməyəcək.

Hər iki oyunçunun klubla müqaviləsinin müddəti başa çatıb. Onlarla yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, Murad Məmmədov "Neftçi"nin yetirməsidir. 20 yaşlı vinger başa çatan mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Edvin Kuç isə 2024-cü ilin yayından "Neftçi"nin formasını geyinirdi. Monteneqrolu yarımmüdafiəçi 10 oyunda meydana çıxdığı mövsümü məhsuldar hərəkət etmədən tamamlayıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью