Neftçi də istirahət başa çatdı

25.09.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi" məşqlərini bərpa edib. Sport24.az xəbər verir ki, "Qəbələ" üzərində 3:0 hesablı səfər qələbəsindən sonra 5 günlük istirahətə buraxılan komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində məşqə çıxıblar.

Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, B komandadan bir neçə oyunçu məşqə cəlb olunub.

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında növbəti matçını oktyabrın 9-da "Sabah"a qarşı keçirəcək. "Palms Sports Arena"da baş tutacaq görüş saat 19:30-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью