Neftçi də istirahət başa çatdı FOTOLAR

11.11.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” məşqlərini bərpa edib.

Sportal.az xəbər verir ki, “Kəpəz” üzərində qələbədən sonra 4 günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində məşqə çıxıblar.

Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, B komandadan bir neçə oyunçu məşqə cəlb olunub.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında növbəti matçını noyabrın 22-də “Araz-Naxçıvan”a qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da start götürəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью