Neftçi də yeni legioner

07.02.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Transfer çalışmalarını davam etdirən "Neftçi" daha bir legioneri heyətinə qatmağa yaxındır.

İdman.biz Sports.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Haiti millisinin üzvü Jan Jayro ilə anlaşmaq üzrədir.

Maraqlıdır ki, Qazaxıstan "Aktobe"sindən ayrılan 26 yaşlı futbolçu yanvarın 15-i Küveytin "Əl Qadsia" klubu ilə müqavilə imzalayıb. Lakin, sənəd məsələlərində problem yarandığından haitili ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kilian Lebonla yollarını ayıran "ağ qaralar"ın bu mövqeyə axtarışları bitib və Jan Jayronun yaxın günlərdə Bakıya gəlib Samir Abbasovun komandasına qoşulacağı gözlənilir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью