Neftçi dən 12, Araz Naxçıvan dan 10 qol

27.03.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun daha iki oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Yasamal Bakı"nı məğlub edib - 12:3.

Digər görüşdə isə hazırkı ölkə çempionu "Araz-Naxçıvan "Şuşa MFK"-ya şans verməyib - 10:4.

Qeyd edək ki, turun ilk oyununda "Baku Fire" U-19-u 3:1 hesabı ilə üstələmişdi. "Baku Fire" 32 xalla liderdir. "Araz-Naxçıvan" və "Neftçi"nin 31 xalı var. "Şuşa" 12 xalla dördüncü, U-19 9 xalla beşincidir. Xalı olmayan "Yasamal Bakı" sonuncu - altıncı pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью