Neftçi dən günün növbəti transferi

15.07.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

Ekvadorlu Cordan Rezabala artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью