Neftçi dən Qarabağ a YOX cavabı

03.02.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Neftçi" klubu Misli Premyer Liqasının XXI turunda "Qarabağ"la ev oyununun təxirə salınması təklifini qəbul etməyib.

Bu barədə Milli.Az-a "Qarabağ" klubunun mətbuat xidmətindən məlumat verilib.

"Komandamız tərəfindən UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl Yunayted"lə keçiriləcək oyun ərəfəsində, Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində fevralın 21-də keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Qarabağ" qarşılaşmasının təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət olunmuşdu. Lakin "Neftçi" klubunun etirazı nəzərə alınaraq, sözügedən müraciət qəbul edilməyib", - deyə məlumatda qeyd olunub.

Beləliklə, 21 fevral saat 19:00-da "Palms Sports Arena"da matça çıxacaq "Qarabağ" klubu bir gün sonra "Nyukasl Yunayted"lə oyun üçün İngiltərə səfərinə yollanacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью