Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22.09.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Yeni mövsümdə çempionluq iddiasını ortaya qoyan “Neftçi” müdafiə xəttini gücləndirməyə hazırlaşır.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisi Türkiyənin “Başakşəhər” klubu ilə Albert Ajua Qomezi icarəyə götürmək üçün razılığa gəlib.

20 yaşlı qambiyalı müdafiənin mərkəzində çıxış edir və “Başakşəhər”ə məxsusdur.

Tərəflər arasında əldə olunan razılaşmada futbolçunun mövsümün sonuna qədər “Neftçi”də çıxış etməsi nəzərdə tutulub.

“Ağ-qaralar”ın müdafiə xəttində çıxış edəcək futbolçunun transferinin yaxın günlərdə açıqlanması gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью