Sportal.az saytına istinadən Icma.az xəbər verir.
“Neftçi” Əvəzedicilər Liqasının 9-cu turunda “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda "ağ-qaralar"ın qollarını Adama Diarra (14-cü dəqiqə), Məhəmməd Məmmədli (22-ci dəqiqə), Tunar Mehdiyev (71-ci dəqiqə) və Nicat Məhərrəmov (83-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə İsmayıl İsmayılov (87-ci dəqiqə) fərqlənib.
Qeyd edək ki, 9 oyunda 15 xal toplayan “Neftçi” turnir cədvəlində 4-cü yeri tutur. 4 xalı olan "Turan Tovuz" isə 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi