“Neftçi” derbidən öncə azarkeşlərinə müraciət etdi

16.10.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Neftçi” Misli Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərin müraciət edib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” bununla bağlı rəsmi saytında məlumat yayıb:

“Qarabağ” – “Neftçi” qarşılaşmasını yerindən izləmək istəyən “Neftçi” azarkeşlərinə Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında 3130 bilet ayrılıb.

Həmin sektorlara daxil olmaq istəyən “Neftçi” azarkeşlərindən oktyabrın 17-si saat 17.00-da sözügedən arenanın “B” girişinə yaxınlaşmaları xahiş olunur. Stadiona giriş yalnız xüsusi QR kodla aparıldığına görə 30 klub əməkdaşı və 50-yə yaxın “Neftçi” könüllüsü azarkeşlərimizin sektorlara rahat keçməsi və oyunu tribunadan izləməsi üçün bütün texniki məsələləri həll edəcək.

Oyun günü Tofiq Bəhramov adına Respublika stadionun “B” girişində biletin səni gözləyir!

Matçı 25, 26, 27 və 28-ci sektorlarda “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə birgə izləmək istəyənlər üçün isə biletlərin əldə edilməsi prosesi “Palms Sports Arena”nın kassalarında davam edir. Oyun günü saat 17.00-dan etibarən xüsusi ekspres avtobuslar biletli azarkeşlərin “Palms Sports Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna daşınmasını həyata keçirəcək”.

Oktyabrın 17-də baş tutacaq matça saat 19:00-da start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью