“Neftçi” dəyişikliklərin astanasında

09.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Neftçi” Azərbaycan Premyer Liqasında XVI turda “Sumqayıt”a məğlub olub – 0:2.

“Ağ-qaralar” bununla da baş məşqçi Samir Abasovun rəhbərliyi altında çempionatda 7 oyunda 3-cü dəfə xalsız qaldı. Digər 4 görüşün 1-də qələbə qazanılıb, 3-də heç-heçə edilib.

Tarixinin ən uğursuz dönəmini keçirən paytaxt təmsilçisində görünən odur, problem baş məşqçi məsələsi deyil. Rəhbərlik, idarəetmə məsələləri də ön plana çıxır, lakin meydanda sərgilənən oyun da qələbə biryana, heç bərabərliyə də layiq deyil. Adı rəqiblərini titrədən “Neftçi”dən əsər-əlamət qalmayıb. Çempionatda məğlub olmadığı bir-iki komanda qalan “ağ-qaralar”ın vəziyyəti ürəkaçan deyil.

Ötən turda “Zirə”nin məğlub edilməsi ilə ümidlənən fanatların sevinci yenə çox çəkmədi. Qeyri-stabil nəticələr ciddi dəyişikliklər tələb edir. Samir Abasov “Sumqayıt”la matçdan sonra futbolçulardan artıq gedəcəkləri müəyyənləşdirdiyini söylədi. Görünən odur, Abasov qış fasiləsində yeni komanda qurmaq fikrindədir. Nə dərəcə alınacaq, komanda nə qədər vaxta tam formalaşacaq məlum deyil. Zaman gedir, xallar itirilir. Qış fasiləsinə kimi qazanılacaq iki qələbə komandanı avrokubok yarışında saxlaya bilər.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Qriqorçuk gətirdi, Abasov göndərəcək

9 Dekabr 2024, 16:25

Əsas xəbərlər, Manşet, PRESSinq -12; itirilmiş mövsüm?

9 Dekabr 2024, 10:31

Əsas xəbərlər, Premyer liqa Vaqif Cavadov: “Kaş ki, atam bu günü görərdi”

8 Dekabr 2024, 20:42

Əsas xəbərlər, Premyer liqa Samir Abasov: “Vəziyyət nəzarətimizdədir”

8 Dekabr 2024, 20:31

Əsas xəbərlər, Premyer liqa “Neftçi” Sumqayıtda xalsız qaldı

8 Dekabr 2024, 19:58

Əsas xəbərlər, Manşet, Müsahibə Emil Balayev: “Özümü psixoloji cəhətdən zəif insan hesab etməmişəm”

8 Dekabr 2024, 11:34

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью