Neftçi Dinamo Minsk lə oyuna bu tarixdə yollanacaq

24.07.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Dİnamo Minsk"lə qarşılaşan "Neftçi"nin Belarus təmsilçisi ilə səfər oyunu üçün planları müəyyənləşib. 

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "ağ-qaralar" cavab görüşünə iyulun 29-u səhər saatlarında yollanacaq.

Çarter reysi ilə uçacaq komanda oyundan birbaşa hava limanına yollanaraq Bakıya dönəcək.

Oyundan bir gün əvvəl saat 19:30-da "Neftçi"nin baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı, yarım saat sonra isə bakılıların açıq məşqi olacaq.

Qeyd edək ki, Belarusda oyun keçirməsinə qadağa qoyulan "Dinamo Minsk" "Neftçi"ni Bolqarıstanda qonaq edəcək. "Neftçi" Bakıdakı oyunda 2:4 hesabı ilə uduzub. Cavab görüşü 30 iyulda, Bakı vaxtı ilə saat 21:00-da “Beroe” stadionunda baş tutacaq. 

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью