Neftçi Dinamo oyununa neçə bilet satıldığı açıqlandı

21.07.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk "Dinamo"su ilə üz-üzə gələcək "Neftçi"ınin bu rəqibi ilə iyulun 22-də Bakıda keçirəcəyi ilk oyuna bilet satışı davam edir.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, artıq 4 mindən artıq bilet alınıb. 

Yerli futbolsevərlərin qitəmiqyaslı matçlardan bir-iki gün əvvəl bilet almağı xoşladıqlarını da nəzərə alsaq, "ağ-qaralar"ı Belarus komandası ilə görüşdə böyük tərəfdar ordusunun dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Palms Sports Arena"da baş tutacaq "Neftçi" - "Dinamo" matçının start fiti 20:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью