Neftçi Dinamo ya qalib gəlsə də, KL ilə vidalaşdı

31.07.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Konfrans Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Dinamo" (Minsk, Belarus) və "Neftçi" kollektivlərinin start heyətləri bəlli olub.

Turkustan.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Dinamo": İvan Şimakoviç, Yevgeni Malaşeviç, Aleksandr Selyava, Karen Vardanyan, Aleksey İvanov, Abdul Aziz Ture, Vladislav Kalinin, Mustafa Cime, Abdullahi Favaz, Qleb Qurban, Artyom Sokolovski

"Neftçi": Emil Balayev, Rüfət Abbasov, Emin Mahmudov (k), İmad Faraj, Murad Xaçayev, İfeanyi Metyu, Qustavo Klisman, Lyubomir Tupta, Breno Almeyda, Endryu Qravilyon, Falaye Sako

Qeyd edək ki, "Dinamo" - "Neftçi" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da Beroe şəhər stadionunda start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə rəqib 4:2 hesablı qələbə qazanıb.

***

"Dinamo" - "Neftçi" oyunu start götürdü.

***

12-ci dəqiqədə Breno Almeyda "Neftçi"ni hesabda önə çıxardı: 0-1.

***

"Neftçi" - "Dinamo"nu səfərdə 1-0 məğlub etsə də, iki görüşün nəticəsinə əsasən (4-3) məğlub oldu. Bununla təmsilçimiz Konfrans Liqasında mübarizəni dayandırdı. /Axar.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью