Neftçi ekvadorlu futbolçuya təklif göndərib EKSKLÜZİV

27.12.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sumqayıt"la vidalaşan Cordan Rezabala karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, ekvadorlu futbolçunun xidmətində "Neftçi" maraqlıdı.

Ancaq keçidin reallaşmasında problem yaranıb. 24 yaşlı futbolçunun ailəsi Bakıda yaşamaq istəmir. lakin məsələyə nöqtə qoyulmayıb.  Futbolçu vətənində sərfəli təklif almayacağı təqdirdə "ağ-qaralar"la anlaşa biləcəyini bildirib.

Qeyd edək ki, bu ilin fevralından "kimyaçılar"ın formasını geyinən hücumameyilli yarımmüdafiəçi ümumilikdə 20 oyunda meydana çıxıb və 3 qol, məhsuldar ötürmə ilə yadda qalıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью