Neftçi Endryu Qravilyonun transferini açıqlayıb

24.06.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi" 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.

BAKU.WS paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyonla 2 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.Xoş gəldin, Endryu Qravilyon!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью