sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda bu gün növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab oyununda üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Neftçi" Bakıda baş tutan ilk görüşdə rəqibini 80:67 hesabı ilə üstələyib.
Qeyd edək ki, cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.