Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Neftçi"nin futbolçusu İmad Faraj Tunisin “Esperans” klubuna keçib.
"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Klubun yaydığı açıqlamada bildirilib ki, “Neftçi” “Esperans”ın transferlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, bu təklifi müsbət dəyərləndirib.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub.
2025-ci ilin iyul ayında Kiprin “AEK Larnaka” klubundan “Neftçi”yə transfer olunan Faraj bir mövsüm ərzində 34 rəsmi oyunda meydana çıxıb. O, bu görüşlərdə 7 qol vurub və 6 məhsuldar ötürmə edib.