Neftçi FIBA Avropa Kubokunda Latviya klubuna uduzdu

14.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivinə uduzub - 94:110.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində keçirilib.

Qeyd edək ki, "Neftçi" ilk görüşdə Yunanıstan təmsilçisi "Mikonos"a məğlub olub - 58:78.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью