Neftçi FIBA Avropa Kubokunda mübarizəyə start verir

23.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Neftçi" baksetbol komandası FIBA Avropa Kubokunda bu gün mübarizəyə start verəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, "ağ-qaralar" təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Cavab görüşü sentyabrın 30-da keçiriləcək. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью