“Neftçi” FK Sloveniyada üçüncü yoxlama matçına çıxacaq

10.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın “Neftçi” futbol klubu sözügedən ölkədə növbəti yoxlama oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın “Radniçi NİŞ” kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью