Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.
İdman.Biz xəbər verir ki, bir neçə gündür Bakıda olan Endryü Qraviyon tibbi müayinədən uğurla keçib. Bundan sonra 28 yaşlı mərkəz müdafiəçisi ilə rəsmi müqavilə imzalanıb.
Milan “İnter”inin yetirməsi olan Qraviyon karyerası ərzində İtaliyada “Benevento”, “Peskara”, “Sassuolo”, “Askoli” və “Torino”nun formasını geyinib. Qvadelupalı müdafiəçi Fransa və Türkiyədə də legioner həyatı yaşayıb. O, “Loryan”, “Reyms” və “Adana Demirspor”da çıxış edib.
Futbolçunun son klubu “Peskara” olub. Qraviyon 2025/26 mövsümündə İtaliya B Seriyasında 24 matçda meydana çıxıb. O, 2021-ci ildən dəvət aldığı Qvadelupa millisində 15 oyun keçirib və iki qol vurub.
Qraviyon “Neftçi”nin bu yay heyətinə qatdığı ikinci əcnəbi futbolçudur. Bakı klubu daha əvvəl braziliyalı yarımmüdafiəçi Qustavo Klismanı transfer edib.