“Neftçi” futbolçuları bu xəbərə təəccübləndilər Cəmi 32 min manat…

12.02.2025

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” rəhbərliyi komandanın “Şamaxı” və “Zirə” üzərində qazandıqları qələbəyə biganə qalmayıb. 

İdmanxeber.az-a verilən məlumata görə, futbolçular iki görüşdə əldə edilən nəticələr üçün pul mükafatı alacaq. Komandaya iki oyundakı qələbəyə görə 32 min manat “premya” təyin edilib.

Klub rəhbərliyi “Şamaxı” və “Zirə” üzərindəki qələbəyə fərq qoymayıb. Hər iki oyun üçün standart pul mükafatı ödənilib.

Xatırladaq ki, “ağ-qaralar” “Şamaxı”nı 1:0, “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью