“Neftçi” futbolçuları meydana dəbilqə ilə çıxdı Video

18.09.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi” klubu bu gün Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə qarşı keçirilən oyuna dəbilqə ilə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, onlar bunu “Neftçilər günü” münasibətilə ediblər. 

Həmçinin futbolçuların əlində pankart olub. Pankartda isə “Milli sərvətimizin qəhrəmanları – Neftçilər gününüz mübarək” sözləri yazılıb. 

Qarşılaşmadan öncəki məşqdə isə futbolçuların əynində üzərində 1000 yazılmış formalar olub. Bu isə “Neftçi”nin Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxmasının şərəfinə edilib. 



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью