“Neftçi” gənc vingeri heyətinə qatır, Afrikadan yeni adlar yoldadır

31.01.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi” gənc vingerlə uzunmüddətli müqavilə bağlayır

İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, “Neftçi” hazırda komandanın düşərgəsində baxışda olan gənc vinger Mamadu Diavara ilə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.

Belçika vətəndaşı olan futbolçunun bu mövsüm əsas komandada çıxış etməyəcəyi dəqiqləşib.

Bildirilir ki, Diavara ilə 3-4 illik sözləşmə imzalanacaq və müqavilənin əsas şərtləri artıq razılaşdırılıb.

Belçikalı ilə yanaşı, yaxın günlərdə düşərgəyə daha 2–3 gənc legionerin dəvət olunacağı gözlənilir. Skautların raportları əsasında seçilən və Afrika qitəsini təmsil edən bu oyunçuların da baxışdan keçəcəyi gözlənilir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью