Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 4 fevral, AZƏRTAC 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı Bakı Gənclər Evində keçirilən “Neftçi gənclər -enerji katalizatorlari” adlı tədbir nəsillərarası təntənəyə çevrildi.
AZƏRTAC xəbər verir ki, Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Surakhani Oil”, “Balakhani Operating Company LTD” və “Azgerneft” şirkətlərinin Həmkarlar İttifaqı komitələrinin gənc işçilər üçün keçirdiyi bayram tədbirində müxtəlif nəsillərin nümayəndələri çıxış edərək, hasilat sahəsində daim gənclərə məxsus həvələ, cəsarətlə çalışaraq işlədikləri torpağı öyrənib, onun qeydinə qalmalı olduqlarını vurğulayıblar.
“Mən təhsilimi bitirdikdən sonra karyerama dərhal Balaxanıda başladım.
Geoloq vəzifəsindən, şirkətimizin mənə göstərdiyi etimad və dəstək nəticəsində, Geoloji Fondun rəhbəri vəzifəsinə qədər yüksəlmişəm”, - deyən “Balakhani Operating Company LTD”nin gənc əməkdaşı Gülbahar Məmmədova işində tətbiq etdiyi innovasiyalardan danışıb.
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti həmyaşıdlarına Azərbaycanı daha böyük uğurlara aparmaq üçün geniş imkanlar yaradır.Hasilat şirkətlərində işləyən gəncləri təbrik edən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev isə çalışdıqları şirkətlərin hesabına ikinci ali təhsil alan 50-yə yaxın gənci nümunə göstərərək bildirib ki, onların peşəkar inkişafına edilən yatırımlar özünü doğruldur.
O, əlavə edib: “Sovet İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyinin ilk illərində Azərbaycan böyük ictimai-siyasi çətinliklərdən keçdi.
Belə dönəmlərdə gənclər arasında ümidsizlik, ziyanlı vərdişlərin əmələ gəlməsi təhlükəsi də olur.