“Neftçi” geriləyib, “Qarabağ” mövqeyini qoruyub İdman və Biz

22.12.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Avropanın top komandalarının yeni reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 279 xala malik Qurban Qurbanovun yetirmələri 63-cü sıradakı mövqelərini qoruyublar.

2 addım geriləyən “Neftçi” 19 xalla 256-cıdır. 4 xal az toplayan “Sabah” 5 pillə geriləməklə 282-ci sıraya düşüb. 14 xala malik “Zirə” 291-cidir. Qəsəbə klubu üç pillə aşağı yuvarlanıb.

Qeyd edək ki, siyahıya 2435 xala malik “Real” başçılıq edir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью