Neftçi “Hapoel”lə qarşılaşdı, iki qol vuruldu

18.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Növbəti mövsümün hazırlığını Polşada davam etdirən “Neftçi” İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) ilə yoxlama oyunu keçirib.

Axa.az xəbər verir ki, Byalobjeqdə yerləşən “Mieyski” stadionunda baş tutan qarşılaşma bərabərliklə yekunlaşıb - 1:1.

Matçda "ağ-qaralar"ın qolunu 1-ci dəqiqədə Emin Mahmudov vurub. Rəqibin heyətində isə 35-ci dəqiqədə penaltidən Roy Koren fərqlənib.

Qeyd edək ki, Samir Abasovun kollektivi bundan sonra Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) komandaları ilə yoxlama görüşləri keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью