Neftçi hazırda iddialı komanda olmaqdan uzaqdadı Samir Abasov | Icma.az
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Neftçi" Misli premyer-liqasının 30-cu tur matçında evdə "Zirə"yə uduzdu - 2:4."Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- 2:0 üstünlük əldə etsəz də, sonda uduzduz.
Bunu nəylə əlaqələndirirsiz?- Problemləri bilirik. Hamısını həll etmək çox çətin prosesdi.
Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. Bəli iki qol vurduq.
Epizodların birində Ağadadaş təkbətək çıxıb rəqibə "qırmızı" aldıra bilərdi. Rəqiblərin hücumları təhlükəli alınır.
Bu çatışmazlığı aradan qaldıra bilmirik. Təkbətək mübarizələrdə də uduzuruq. Bunu gizlədə bilmərik. Statistika göz önündədi.
Qarşıda bizi çox çətin kubok matçı gözləyir. Mövsümü xilas edəcək oyun olacaq.
"Sabah"ın önünə fərqli motivasiya ilə, karyeramızın son matçı kimi çıxmalıyıq.- "Sabah"la kubok matçında geridönüşə inanırsız?- İnanıram.
Tam oxu
Xəbəri oxu