Neftçi heyətində iki itki var

28.03.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi" Misli Premyer Liqasının 28-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan” klubu ilə matçın hazırlığını yekunlaşdırıb.

İdman.biz xəbər verir ki, komandanın heyətində iki itki var.

Bu gün keçiriləm oyunöncəsi son məşqində Emin Mahmudov və Andrey Ştoqrin iştirak etməyib. Onlar zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.

Qeyd edək ki, martın 29-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 16:45-də start götürəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью