“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi

20.06.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi

“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью